Ronaldo cəzalandı - azyaşlının telefonunu qırdığı üçün
23.11.2022 - 18:05
“Mançester Yunayted”in sabiq futbolçusu Kriştiano Ronaldo cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İngiltərə Futbol Assosiasiyası verib.
Hücumçu 2 oyunluq diskvalifikasiya olunub. Portuqaliyalı 50 min funt sterlinq cərimə edilib.
Assosiasiyanın qaydalarını pozduğu üçün Ronaldoya xəbərdarlıq da olunub. Buna portuqaliyalının “Everton”la görüşdəki davranışı səbəb olub. O, azyaşlı azarkeşin telefonunu qırıb.
Qeyd edək ki, Ronldo və “Mançester Yunayted” arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
- Azərbaycan kubokunun oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq
- Orteqa “Mançester Siti”yə keçdi
- DÇ-2026: Səudiyyə Ərəbistanı Uruqvayla xalları bölüşüb - YENİLƏNİB
- Mourinyo göstəriş verdi: "Sevilya"nın hücumçusu "Fənərbaxça" yolunda
- Sergey Yakiroviç: "Rəqibin hücum xətti güclüdür, müdafiələrini isə sabah görəcəyik"
0
0