Ronaldo karyerasının 750-ci qolunu vurdu
12.03.2024 - 09:59
Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo klub karyerasında 750-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçu yubiley qoluna Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisi “Əl-Əyn”lə görüşdə imza atıb.
Beləliklə, 39 yaşlı dünya ulduzu cari mövsüm “Əl-Nəsr”in heyətində 35-ci qolunu vurub. Ronaldo Portuqaliya millisi də daxil olmaqla, peşəkar karyerasında ümumilikdə 878 qolun müəllifi olub.
- “Mançester Yunayted” yeni transferlər üçün 230 milyon avro ayırıb
- Avarçəkənlərimizdən “MİNGƏÇEVİR REQATASI-2023”ÜN İLK GÜNÜNDƏ 4 MEDAL - FOTO
- Juninyo: “Braqa” ilə matçlar nə biz, nə də rəqib üçün asan keçəcək"
- Stolüstü tennisçilərimiz beynəlxalq yarışa qatılıblar
- Paris-2024: Boksçumuz gümüş medal qazanıb
0
0