Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Danimarka ilə UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, ulduz futbolçu qalib gəlmək üçün əllərindən gələni edəcəklərini bildirib:
“İndi əsəbləşmək üçün heç bir səbəb yoxdur. Keçmiş keçmişdə qaldı, bu günə diqqət yetirmək, yaxşı məşq etmək, güclərimizi birləşdirmək vaxtıdır. Və hamımız məhz belə düşünməliyik. Buradakı bütün portuqallar öz ölkələri, millətləri ilə fəxr edirlərsə, belə düşünməlidirlər".
Xatırladaq ki, ilk görüşdə danimarkalılar 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qarşılaşma martın 23-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- Avropa Liqası: "Qalatasaray" və "Fənərbaxça"nın matç saatları bəlli olub
- "Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
- Lautaro Martines: "Real" əla komandadır, ancaq...”
- Xabi Alonso: "Qarabağ" "Braqa"ya qarşı təhlükəli çıxış etdi və uğur qazandı"
- "Göztəpə"nin ulduz transferi Emerson İzmirdə