Ronaldo “Qızıl top”u satdı - 600 min avroya
14.01.2023 - 13:25
Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo aldığı “Qızıl top” mükafatlardan birini satıb.
Apasport.az saytının məlumatına görə, 38 yaşlı hücumçunun qəniməti yeni sahibini hərracda tapıb.
İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan bütün vəsait “Make-A-Wish” fonduna köçürülüb. Bu fond ağır, ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir.
Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.
- Amit Quluzadə: “Heç kim Arazdan daha güclü 3 futbolçu saya bilməz” - MÜSAHİBƏ
- Avropanın ən güclüsü - AZƏRBAYCAN
- Cüdoçularımızdan dünya çempionatında uğursuz start
- Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 30 illik yubileyi qeyd olunub
- Messi "Qalatasaray"la Bakıda danışıq aparıb - Adnan Əhmədzadə detalı
0
0