Ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira sosial şəbəkədə məlumat verib.
Tərəflər arasında müqavilə 2026-cı ilə qədər uzadılıb. 40 yaşlı hücumçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanı klubunda çıxış edir.
Ronaldonun "Əl-Nəsr"dəki statistikası
Kriştiano bu mövsüm "Əl-Nəsr"in heyətində 26 matçda iştirak edib. Portuqaliyalı mərkəz hücumçusu 24 qol vurub və 4 məhsuldar ötürmə edib.
Kriştiano Ronaldonun çıxış etdiyi klublar
Səudiyyə Ərəbistanına transfer olunmazdan əvvəl Ronaldo “Real Madrid”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq”də çıxış edib.
- "Zirə"nin braziliyalı futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
- Moyeslə "Vest Hem" rəhbərliyi arasında problem
- Kayak və kanoeçilərimiz dünya çempionatında çıxış edəcəklər
- "Real"ın keçmiş hücumçusu 9 il həbs cəzası alacaq
- Qurban Qurbanov: “Bütün oyunlar bu saatda olsa, belə temp olar”