“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun gələcək karyerası ilə bağlı 2 yolu qalıb.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında oynamaq istəyən portuqaliyalı superulduzun meneceri Xorxe Mendes müştərisi üçün danışıqlara başlayıb.
İlk seçim Dortmund “Borussiya”sıdır. Tərəflər arasında potensial transferlə bağlı təmaslar davam edir. İkinci variant isə 37 yaşlı forvardın karyerasına başladığı “Sportinq”ə qayıtmaqdır. Lakin bu transfer üçün Ronaldo məvacibdə ciddi fədakarlıq etməlidir.
Yay fasiləsinin əvvəllərində onu satmamaqda israr edən “Mançester Yunayted” də artıq fikrini dəyişib.
- Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi yekunlaşıb
- İslam Abbasov: “Çatışmazlıqları qarşıdakı yarışlarda aradan götürməyə çalışacağıq”
- Krakov-2023: Kikboksçumuz medalı təmin etdi - FOTOLENT
- Qurban Qurbanov: “Rəqibə görə oyuna hazırlaşmışıq”
- “Tottenhem”dən yeni forma – 90-cı illərə dönüş - FOTO