
Kriştiano Ronaldo keçmiş komandası “Yuventus”u məhkəməyə verir.
Apasport.az saytı xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu maaş borcuna görə 2018-2021-ci illərdə formasını geyindiyi Turin klubundan şikayətçidir.
Portuqaliya millisinin kapitanı “ağ-qaralar”la gizli müqaviləsinin olduğunu və koronavirus pandemiyası zamanı verilməsi təxirə salınan 19,9 milyon avronu hələ də ala bilmədiyini iddia edir. 38 yaşlı forvard Turin prokurorluğundan “Yuve”ni məhkəməyə vermək üçün sənədlər tələb edib.
Qeyd edək ki, komandanın keçmiş müdafiəçisi Leonardo Bonuççi də klub rəsmilərinin onun imicinə xələl gətirdiyini deyərək “Yuventus”dan şikayətçi olmağa hazırlaşır.
- "Neftçi" "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"la qarşılaşacaq
- Lyuba Baranin: “Mən hər zaman Azərbaycan futboluna baxıram, məlumatlıyam” - MÜSAHİBƏ
- Şəhid olanlar arasında boksçumuz da var
- Mahir Məmmədov: “Rəcəbovun az oynamağının obyektiv səbəblərini açıqlamaq istəməzdim” - MÜSAHİBƏ
- 70 milyonluq “qırmızı şeytan”