XXI əsrdə ən çox oyun keçirən futbolçuların siyahısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə Kriştiano Ronaldo başçılıq edir.
Portuqaliyalı hücumçu böyük üstünlüyə malikdir. 1145 rəsmi matça çıxan 38 yaşlı forvard ən yaxın izləyicisini 112 oyun qabaqlayır.
Dani Alvesin ikinci olduğu siyahıda Lionel Messi üçüncü sıradadır. Yalnız bu üç futbolçu 1000-dən çox görüşə çıxıb.
1. Kriştiano Ronaldo (Portuqaliya) - 1145
2. Dani Alves (Braziliya) - 1033
3. Lionel Messi (Argentina) - 1003
4. İker Kasilyas (İspaniya) - 974
5. Joao Moutinyo (Portuqaliya) - 958
6. Zlatan İbrahimoviç (İsveç) - 948
7. Luka Modriç (Xorvatiya) - 947
8. Yasuhito Endo (Yaponiya) - 941
9. Xavi (İspaniya) - 937
10. Serxio Ramos (İspaniya) - 935
- Qurban Qurbanov: “Ya tələb olunmalıdır, ya da dövlət səviyyəsində nəsə olmalıdır“
- Hicablı idmançı Olimpiya Oyunlarının açılış mərasiminə buraxılmayacaq
- Rail Məlikov: “Klublarında oynamasalar da, onları yığmadan silmək lazım deyil”
- Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub
- FHN dövlət qurumları arasında turnirin qalibi oldu - FOTOLENT - VİDEO