Kriştiano Ronaldonun sevgilisi Georgina Rodriqez yenidən diqqət mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 37 yaşlı hücumçunun xanımı həbs oluna bilər.
29 yaşlı ispaniyalı model ictimai yerdə alt paltarları ilə fotolar çəkib onları sosial şəbəkədə paylaşaraq ölkənin qanunlarını pozub. Səudiyyə Ərəbistanı vətəndaşları Rodriqezin bu paylaşımlarını etirazla qarşılaşalar da, o 3,7 milyon bəyənmə alan şəkillərini hesabından silməyib. Bu qanun pozuntusuna görə həbs edilməli olan Rodriqezə hansı cəzanın veriləcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı qanunlarına əsasən evli olmayan cütlüklərin birlikdə yaşaması qanuna zidd olsa da, portuqaliyalı futbolçu və sevgilisi xüsusi icazə ilə ölkədə qala bilirlər.
- “Sabah”ın baş məşqçisi uşaqlarla görüş keçirdi
- Tennis Federasiyasından erməni təxribatı ilə bağlı beynəlxalq federasiyaya MƏKTUB
- Premyer Liqa: Mövsümün ikinci məhsuldarlılığı qeydə alınıb
- Şahin Abdullayev: “Neftçi”də eniş olacağını təxmin etmişdik”
- Hakan: “Bəlkə də, mənim üçün son Dünya çempionatı idi”