Ronaldoya şərt qoydular
24.07.2022 - 22:01
“Mançester Yunayted” Kriştiano Ronaldoya şərt qoyub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun rəhbərliyi portuqaliyalı hücumçunu icarəyə verməyə yalnız bu şərtlə razılaşacaq.
Ronalda bir mövsümlük başqa kluba keçmək üçün “Mançester Yunayted”lə müqaviləsini daha bir illik uzatmalıdır. “Qırmızı şeytanlar” anlaşması 2023-cü ilin yayında başa çatacaq ulduzu 2024-cü ilədək saxlamaq istəyir.
Qeyd edək ki, Kriştianonun “Atletiko”ya keçəcəyi gözlənilir. Madridlilərin onu alacağı, yoxsa icarəyə götürəcəyi danışıqlardan sonra dəqiqləşəcək.
- UEFA prezidenti Ukraynanın DÇ-2030-a ev sahibliyi etməsini dəyərləndirdi
- ACF daha 24 klub və idman təşkilatına beş illik lisenziya təqdim edib
- “Fənərbaxça” braziliyalı hücumçu ilə maraqlanır
- “Beşiktaş”dan növbəti transfer
- Nemanya Ancelkoviç: "Onunla Azərbaycandakı vaxtları tez-tez xatırlayırıq" - MÜSAHİBƏ
0
0