UEFA Konfrans Liqasında mübarizəni davam etdirən “Başakşehir” klubu yarımmüdafiəçisi ilə yolları ayırıb.
Apasport.az xəbər verir ki, serbiyalı futbolçu Daniel Aleksiçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Aleksiç Türkiyə klubunun Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “La Fiorita”ya qarşı keçirdiyi hər iki oyunda meydana sonradan daxil olub.
33 yaşlı futbolçu 2019-cu ildən bəri “Başakşehir” formasını geyinir.
Qeyd edək ki, Daniel indiyə qədər bu klubda 182 oyun keçirib, 37 qola imza atıb. 2019-2020-ci il mövsümündə o, Super Liqa çempionluğu da yaşayıb.
- Rüfət Abdullazadə məhsuldar ötürmə etdi, komandası məğlub oldu
- Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə
- “Adana Demirspor”dan növbəti qələbə, “Başakşehir” xal itirdi
- Belçika – Slovakiya matçının ən yaxşı futbolçusu bəlli oldu
- Çempionlar Liqası: “Zirə” də 1/4 finalda