Hazırda karyerasını İspaniya La Liqası təmsilçilərindən "Vilyarreal"da davam etdirən sabiq "Arsenal"lı Nikolas Pepe yenidən İngiltərəyə qayıda bilər.
Apasport.az xəbər verir ki, müqaviləsi yayda başa çatacaq 29 yaşlı futbolçu ilə "Everton" və "Vulverhempton" maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, hər iki komanda oyunçunu yayda heyətinə qatmağa çalışacaq.
Qryd edək ki, Pepe bu mövsüm "Vilyareal"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hücumçu daha əvvəl "Lill", "Nitsa", "Arsenal" və "Trabzonspor" kimi komandaların şərəfini qoruyub.
- AVRO-2025: 59 ildən sonra ev sahibi olacaq
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
- Eddi İsrafilovun durumuna aydınlıq gəldi
- Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşdi
- Tedesko almaniyalı futbolçunu komandasında görmək istəyir