“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az xəbər verir ki, Super Liqa klubu Şotlandiyada “Reyncers” forması geyinən Rıdvan Yılmaza elçi düşüb.
Türkiyə mətbuatında yer alan xəbərlərdə “cim-bom” rəsmilərinin 22 yaşlı cinah oyunçusunun transferi üçün danışıqlara başladığı iddia olunur. Milli komandanın da şərəfini qoruyan gənc futbolçunun icarəyə götürülməsi gözlənilir.
Qeyd edək ki, “Beşiktaş”ın yetirməsi olan Rıdvan Yılmaz 2022-ci ilin iyulundan Şotlandiya klubunda çıxış edir. Komandası ilə 2027-ci ilə kimi müqaviləsi olan arxa xətt oyunçusu bu mövsüm 14 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azər Həşimov: "Heç kim "Karvan"a 3 xal gözüylə baxmasın"
- Ançelotti “Mançester Siti” ilə oyunda rekorda imza atıb
- Rikardo Fernandes: “Şamaxı” heç vaxt təslim olmayacaq" - Müsahibə
- Fransa - İraq matçında fırtına xəbərdarlığı - Tribunalar boşaldıldı
- Şəhriyar Əsgərov: “Məqsədimiz uğurlu nəticələr qazanmaqdır”