Sabiq “Fənər”li addım-addım “Fiorentina”ya
16.06.2025 - 20:25
"Fənərbaxça"dan ayrılan Edin Dzekonun yeni komandası bəlli olub.
Apasport.az xəbər verir ki, bosniya və hersoqovinalı futbolçu karyerasını "Fiorentina"da davam etdirəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
39 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanacaq. O, Florensiya klubunda illik 2 milyon avro qazanacaq.
Qeyd edək ki, Edin İtaliyada əvvəllər "Roma" və "İnter" kimi komandaların da şərəfini qoruyub.
- Benzemaya ərəblərdən 200 milyonluq təklif
- Akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib
- Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
- Əfran İsmayılov: "Qarabağ" cütün taleyini səfərdə həll edə bilər" - MÜSAHİBƏ
- “Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb
0
0