Sabiq “Fənər”li infakt keçirdi
07.04.2025 - 15:48
Braziliya millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Luiz Qustavo infakt keçirib.
Apasport.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin hazırda çıxış etdiyi “Sao Paulo” klubu məlumat yayıb.
37 yaşlı oyunçu məşq zamanı özünü yaxşı hiss etməyib və xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Qustavo 2019-22-ci illər ərzində “Fənərbaxça”nın şərəfini qoruyub.
Yarımmüdafiəçi bu mövsüm “Sao Paulo”nun heyətində cəmi 2 rəsmi matçda iştirak edib.
- Elmar Baxşıyev: "Həmin qol sayılsaydı, oyunun gedişi fərqli olardı" - Müsahibə
- “Qalatasaray” “Real”ın futbolçusunu istəyir - Musleranın əvəzinə
- Coşqun Diniyevin komandası liderliyə yüksəldi
- Cənubi Koreya millisi Bakıda hazırlaşır
- Gəncədə III MDB Oyunlarına test xarakteri daşıyan güllə atıcılığı üzrə çempionat keçirilir
0
0