Sabiq “Mançester Yunayted”li Çempionşip klubunun hədəfində
19.10.2022 - 22:06
“Mançester Yunayted”in sabiq futbolçusu Maykl Karrik yeni təyinat almağa yaxındır.
Apasport.az saytının məlumatına görə, çalışdırıcı Çempionşipdə baş məşqçi ola bilər.
41 yaşlı mütəxəssis “Midlsbro”nun sükanı arxasına keçməyə əsas namizəddir. Turnir cədvəlinin 22-ci pilləsində qərarlaşan komanda Karrikin durumu düzəldə biləcəyi qənaətindədir.
Qeyd edək ki, mütəxəssis 2018-21-ci illərdə “Mançester Yunayted”də köməkçi məşqçi kimi çalışıb. Ole-Qunnar Sulşerin istefasından sonra Karrik qısa müddət baş məşqçi funksiyasını yerinə yetirib.
- İdmançımız Balkan çempionatında gümüş medal qazanıb
- "Yuventus" 40 milyona yarımmüdafiəçi alır
- Qurban Qurbanov: "Oyunumuzda mütləq dəyişiklik etməliyik" - MÜSAHİBƏ
- Əfran İsmayılov: “Onun Azərbaycan millisinə heç bir faydası yoxdur” - MÜSAHİBƏ
- AFFA Premyer Liqa klubunun qapıçısını milliləşdirəcək - Özəl
0
0