Şahruddinin komandasında növbəti ayrılıq
01.03.2024 - 18:13
Millimizin üzvü Şahruddin Məhəmmədəliyevin də çıxış etdiyi "Adana Dəmirspor"da daha bir ayrılıq qərarı verilib.
Apasport.az xəbər verir ki, Emre Akbabanın "Adana Dəmirspor" macərası mövsüm sonunda başa çatacaq.
2022-23 mövsümünün əvvəlində "Qalatasaray"dan 500 min avroya transfer olunan Emre Akbaba ilə 2+1 illik müqavilə imzalanıb. Adana təmsilçisi təcrübəli futbolçunun variantından istifadə etməyəcək və futbolçu ilə vidalaşacaq.
“Adana Dəmirspor”la cəmi 61 matçda forma geyinən Emre Akbaba 15 qol vurub, 5 məhsuldar ötürmə edib.
- Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminara start verilib
- Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub
- Boksçularımızdan beynəlxalq turnirdə 10 medal
- “Neftçi”nin yeni transferi: “Bura gəlmək mənim üçün prioritet idi” - VİDEO
- “Real”dan kritik xal itkisi
0
0