Salahdan unikal nailiyyət - ÜÇÜNCÜ FUTBOLÇU OLDU
15.10.2026 - 22:38
Məhəmməd Salah Avropanın üç əsas klub turnirində həm qol vuran, həm də məhsuldar ötürmə verən üçüncü futbolçu olub.
Apasport.az xəbər verir ki, misirli hücumçu UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında bu göstəriciyə nail olub.
Salah bu uğura “Trabzonspor”un Konfrans Liqasının ilk turunda Finlandiyanın KuPS klubu ilə qarşılaşmasında (4:2) imza atıb. O, matçda bir qol vurub və bir məhsuldar ötürmə verib.
Qeyd edək ki, Salahdan əvvəl Kudi Qakpo və Mario Götze də hər üç turnirdə həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıblar.
- Mbappe “Mançester Siti” ilə oyundan əvvəl məşqi buraxıb
- "Azərreyl" türkiyəli mütəxəssislə yeni müqavilə imzalayıb
- Azərbaycan çempionatında əcnəbi hakimlər - RƏSMİ
- Rəhim Həsənov hakim qərarlarını şərh etdi - VİDEO
- Ramin Quliyev: "Heç kim Premyer Liqadan düşməsin, əksinə, klubların sayı artsın" - MÜSAHİBƏ
0
0