Məhəmməd Salahın “Beşiktaş”a mümkün transferinin baş tutmamasının səbəbi müəyyənləşib.
Apasport.az xəbər verir ki, İstanbul klubu misirli futbolçuya bonuslarla birlikdə təxminən 20 milyon avro maaş təklif edib və tərəflər bu məsələdə razılığa gəliblər.
Lakin Salahın meneceri Rami Abbas əvvəlcə 7,5 milyon avro komissiya tələb edib. Sonradan bu məbləği 5 milyon avroya endirib.
Əsas fikir ayrılığı isə futbolçunun adı və imici ilə bağlı məhsulların satışından əldə olunacaq gəlir üzərində yaranıb. Menecer Salahın forması da daxil olmaqla, onunla bağlı Türkiyədə satılacaq bütün məhsullardan klubun əldə edəcəyi gəlirin 50 faizini tələb edib. Misirdəki satışlardan qazanılacaq mənfəətin isə tam şəkildə futbolçu tərəfinə verilməsi istənilib.
Məlumata görə, satış hədəflərinə çatılacağı halda bu gəlirin Salahın illik maaşına yaxın məbləğ təşkil edəcəyi hesablanıb.
Qeyd edək ki, tərəflər əməkhaqqı ilə bağlı razılığa gəlsələr də, kommersiya gəlirlərinin bölüşdürülməsi məsələsində ortaq məxrəcə gələ bilməyiblər.
- III turdan təxirə salınan oyunun təyinatları açıqlanıb
- Xüsusi təklif və endirim: UFC həyəcanını Setanta Sportsda yaşayın!
- Vüsal İsgəndərli: "Şeydayevin komandası ilə oynamaq maraqlı olardı" - Müsahibə
- Pike "Barselona"nın prezidenti olmaq istəyir
- "Qarabağ"ın "Qalatasaray"la oyunu üçün plastik su qablarına icazə veriləcək