Sandro Tonali vətənə qayıdır? – 70 milyonluq plan
18.04.2025 - 12:51

"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali vətəninə qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport" məlumat yayıb.
Premyer Liqadan A Seriyasına transfer
Mənbənin məlumatına görə, 24 yaşlı italiyalı ilə Turinin "Yuventus" klubu maraqlanır.
"Qoca sinyora" Tonalinin potensial transferi ilə bağlı ilkin danışıqlara başlayıb.
"Yuventus" Tonali üçün "Nyukasl"a nə qədər ödəyəcək?
İtaliya klubu Premyer Liqa təmsilçisinə təxminən 70 milyon avro ödəyəcək.
Sandro A Seriyasının cari mövsümündə 30 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin "sağanlar"la hazırkı müqaviləsi 2028-ci ilin iyununun sonunda başa çatacaq.
0
0