Sane "Bavariya"da qalmaq istəyir
15.04.2024 - 11:56
"Bavariya"nın hücumçusu Leroy Sane cari mövsümün sonunda klubu tərk etməyəcək.
Apasport.az Almaniyanın “Kicker” nəşrinə istinadən xəbər verir ki, yeni müqavilə ilə bağlı danışıqlar aparılacaq.
Mənbənin məlumatına görə, alman futbolçunun özü də başqa kluba getmək istəmir. Lakin hələ də komandasında onunla bağlı konkret qərar verilməyib.
“Transfermarkt” portalı 28 yaşlı forvadın dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Bundesliqanın cari mövsümündə Sane “Bavariya”nın heyətində 38 oyun keçirib. O, 9 qol vurub, 13 məhsuldar ötürmə edib.
- "Şkendiya" - "Qarabağ" matçı bu kanalda
- İkardiyə ölkədən çıxış qadağası - Vanda Nara şikayət edib
- Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib
- Ançelotti: “O, meydana çıxmadı, qaçmadı, amma iki qol vurdu”
- Ramil sarı aldı,”Buriram” bir xalla kifayətləndi
0
0