Sarri "Latsio"da xoşbəxt deyil
04.02.2024 - 10:09
Mauritsio Sarri yayda "Latsio"nun baş məşqçi postunu tərk edə bilər.
Apasport.az xəbər verir ki, 65 yaşlı mütəxəssis klubun transfer siyasətindən razı deyil.
Sarri cari mövsümün sonunda klub prezidenti Klaudio Lotito ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək istəyir.
İtaliya mətbuatında yer alan iddialara görə, məşqçi Roma klubundan ayrılmağı planlaşdırır. Onun “Milan” və “Fiorentina”nın sükanı arxasına keçmək şansı var.
Qeyd edək ki, cari çempionatda 21 matçda 34 xal toplayan “Latsio”, turnir cədvəlinin 7-ci pilləsində yer alır.
- AÇ: Qurban Qurbanov və Həsrət Cəfərov Avropa çempionu oldu - YENİLƏNİB
- "Yuventus" – "Mançester Siti" matçı bu kanalda
- Murat Sancak: “Məni nə Ali Koç, nə də Türkiyənin ən zəngin adamı ala bilər”
- Prosineçki üçün yeni baş məşqçini zaldan qovdular - VİDEO
- İlaxır çərşənbədə "Sabah"ın balaca üzvləri - FOTO
0
0