Serbiya millisinin üzvü addım-addım "Napoli"yə
25.07.2025 - 17:55
"Torino"nun qapıçısı Vanya Milinkoviç-Saviç A Seriyasında klubunu dəyişəcək.
Apasport.az xəbər verir ki, serbiyalı qolkiperin "Napoli"yə transferi artıq həll olunub.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, İtaliya təmsilçisi 28 yaşlı qapıçı üçün "Torino"ya 21 milyon avro ödəyəcək.
Qeyd edək ki, Vanya Milinkoviç-Saviç "Torino"ya 2017-ci ilin yayında Polşanın "Lexiya" klubundan transfer olunmuşdu. Serbiya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 39 rəsmi oyuna çıxıb.
- De Bruyne Qvardiolanı məyus etdi - Premyer Liqada qalacaq
- İsmayıl Zülfüqarlı: "Neftçi" həmişə çempionluq üçün mübarizə aparır" - Müsahibə
- Rail Məlikov: “Neftçi” azarkeşlərin rəyini dəyişmək üçün “Qarabağ”ı udmalıdır”
- Cüdoçularımızın rəqibləri bəlli olub
- Konte Səudiyyə Ərəbistanından gələn böyük təklifi geri çevirdi
0
0