“Adana Dəmirspor” yeni baş məşqçisini müəyyənləşdirib.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Sərgən Yalçın olacaq.
Niderlandlı mütəxəssis Patrik Klyuvertin gedişindən sonra boş qalan posta yerli məşqçinin gələcəyi gözlənilir. İddialar görə, klub rəsmiləri ilə görüşən 51 yaşlı Yalçınla prinsipial razılıq əldə olunub. Son komandası “Beşiktaş” olan Sərgənin yaxın günlərdə Adana təmsilçisi ilə müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, Türkiyə Super Liqasında 17 turdan sonra 27 xal toplayan “Adana Dəmirspor” hazırda turnir cədvəlinin 6-cı pilləsində yer alır.
- Hayqıran 80 min "qurd", "Sən çağırsan gələrəm mən" - 30 milyonluq ORDU
- "Lənkəran"ın baş məşqçisi: "Normal hücum qura bilmirik"
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı açıqlandı
- "Atletiko" "Real"a rəqib oldu
- Paris-2024: İtaliyalı boksçu rəqibi ilə döyüşməkdən imtina etdi - VİDEO