Serxio Ramosun gələcəyi bəlli oldu
10.03.2024 - 10:17
37 yaşlı ispan müdafiəçi Serxio Ramos gələn mövsüm də "Sevilya"da qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Əndəlus klubunun rəhbərliyi futbolçu ilə 2025-ci ilin yayına qədər yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
Xatırladaq ki, Ramos ötən ilin payızında 1 illik müqavilə imzalayaraq "Sevilya"ya qayıdıb. İspaniya çempionatının bu mövsümündə Serxio 17 oyun keçirib. Müdafiəçi bu oyunlarda 2 qol vurub.
- Qvardiola 70 nəfərə 10 min sterlinq mükafat verib
- Bakıda lisenziya xarakterli beynəlxalq atletika yarışı başladı
- Nadir Nəbiyev: "Nəticədən asılı olmayaraq De Byazi ilə yeni müqavilə bağlanmayacaq" - Eksklüziv
- Rəşad Sadıqov: "Hakimə etiraz ediriksə, o demək deyil ki, narazıyıq" - VİDEO
- “Neftçi” cinah müdafiəçisi axtarışında
0
0