“Arsenal” “Leypsiq”in şərəfini qoruyan Benjamin Şeşko ilə prinsipial razılıq əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə “Sport Bild” nəşri məlumat yayıb.
Bu mövsüm göstərdiyi oyuna görə diqqətləri özünə çəkən sloveniyalı hücumçu ilə maraqlanan klubların arasında “topçular” da var.
Almaniya təmsilçisi forvard üçün 68- 86 milyon arasında təklifləri dəyərləndirəcək.
Oyunçu ilə əldə olunan şifahi razılığa baxmayaraq, London təmsilçisi Bundesliqa klubuna hələ də rəsmi təklif göndərməyib.
Qeyd edək ki, Şeşko 2023-cü ilin yayında 24 milyon avro qarşılığında “Zalsburq”dan “Leypsiq”ə keçib. Sloveniya millisinin üzvü komandası ilə çıxdığı 87 matçda 39 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”
- Fransalı nazir: "Argentinalılardan irqçiliyə görə izahat tələb etməliyik"
- "İnter Mayami" 4 cavabsız qolla uduzdu - VİDEO
- "Mançester Siti" mövsümə qələbə ilə başladı
- Azərbaycanın stolüstü tennis cütlüyü dünya reytinə başçılıq edir - FOTO