Zorlamada ittiham olunan "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud bəraət alıb.
Apasport.az xəbər verir ki, ötən ilin yanvarında keçmiş sevgilisi döyülmə izləri – kəsilmiş dodaq və bədənin müxtəlif yerlərində qançırlar əks olunan fotolarını sosial şəbəkələrdə yerləşdirmiş və fotolardan birinə belə şərh yazmışdı: "Meyson Qrinvudun həqiqətən mənə nə etdiyini bilmək istəyən hər kəsə".
Meyson Qrinvud zorlama cəhdi, hücum və məcburi davranış aktında ittiham edilmişdi. O, həbs edilmiş və fevralın əvvəlində zaminə buraxılmışdı. Daha sonra o, girov şərtini pozduğuna görə yenidən həbs edilmişdi.
- "Mançester Siti" 49 milyon avroya aldığı futbolçu ilə yolları ayırır
- "Sumqayıt"ın yarımmüdafiəçisi yığmaya dəvət alıb
- Erve Renar: "Fransız olsam da, Mərakeşə azarkeşlik edəcəyəm"
- DÇ-2022: Ölkə çempionatlarına necə təsir edəcək?
- Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə master klass başa çatıb