"Mançester Siti" 49 milyon avroya aldığı futbolçu ilə yolları ayırır
17.12.2023 - 00:12
"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillips qış transfer pəncərəsində komandanı tərk edəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
28 yaşlı futbolçu baş məşqçi Xosep Qvardiolanın planlarına uyğun gəlmir. Ona görə də Fillips klubdan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Fillips ötən il “Lids”dən “Mançester Siti”yə 49 milyon avroya keçmişdi. Bu mövsüm Kalvin 306 dəqiqə meydanda olub, 1 qol vurub və 9 qolun ötürməsini verib.
- Mixeil Erqemlidze: “Sabah"a 0:5 hesablı məğlubiyyəti unutmamışıq" - MÜSAHİBƏ
- "Neftçi"nin müdafiəçisi: "Əsla ruhdan düşməyin"
- "Qarabağ" - “Şamaxı” oyunun biletləri satışa çıxarılıb
- Filip İvanoviç: "Renduliç qrup mərhələsinə çatmağın düzgün formulunu bilir" - Müsahibə
- "Şamaxı" 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib
0
0