Şimanski rəsmən “Renn”də
23.01.2026 - 02:19
“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanskinin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, polşalı yarımmüdafiəçi Fransanın “Renn” klubuna transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Liqa 1 təmsilçisi futbolçu üçün qarşı tərəfə 10,5 milyon avro ödəyib.
26 yaşlı futbolçu yeni klubu ilə 3,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Fənərbaxça” Sebastian Şimanskini 2023-cü ildə Moskva “Dinamo”sundan 9,75 milyon avroya transfer etmişdi.
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Zabit Səmədov karyerasını qələbə ilə bitirdi - VİDEO
- Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- Hilal Maşudlu I Liqada klubunu dəyişib - RƏSMİ
- Afrikada futbolçu oyun zamanı vəfat edib
0
0