“Siti” “Milan”ın yarımmüdafiəçisi ilə maraqlanır
12.05.2025 - 23:23
"Milan"ın yarımmüdafiəçisi Tijjani Reynders karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Siti" niderlandlı futbolçunu transfer etmə istəyir.
Bu barədə İngiltərə mətbuat məlumat yayıb.
"Şəhərlilər" yayda "Milan"la danışıqlara başlamağı planlaşdırır.
Rossonyerilər oyunçu üçün 55 milyon avro tələb edir.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm "Milan"ın heyətində meydana çıxdığı 51 rəsmi matçda 15 qol, 5 assistlə yadda qalıb.
- Danilo Dias: “Qarabağ” “Ayaks”la görüşdə dominant futbol oynamağa çalışacaq"
- "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
- 2 boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
- A Seriyası: “Sassuolo” səfərdən 3 xalla qayıdır
- Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib
0
0