“Siti”dən növbəti transfer
27.01.2025 - 22:22
İngiltərə Premyer Liqası komandalarından "Mançester Siti" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "şəhərlilər" "Nyu York Siti"dən Kristian Makfarleyni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Kristian Makfarleyn "Nyu York Siti"nin yetirməsidir. İngiltərəli futbolçu MLS təmsilçisinin əsas komandasının heyətində 13 rəsmi matçda meydana çıxıb.
- Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazanıblar
- Qurban Qurbanov: "Qol epizodlarından istifadə edə bilmiriksə, deməli fikir başqa yerdədir"
- “Milan” Şimanski üçün təklif etdiyi məbləği artıracaq
- “Liverpul” əfsanəsi: “Mançester Yunayted” gülüş obyektinə çevrilib”
- “Şamaxı”dan növbəti transfer - RƏSMİ
0
0