Skolari məşqçilik karyerası bitirdi
14.11.2022 - 13:23
Braziliya millisinin sabiq baş məşqçisi Felipe Skolari çalışdırıcılıq karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bunu 2002-ci ildə pentakampeonları sonuncu çempionluğa daşıyan mütəxəssisin özü açıqlayıb.
O, məşqçilik fəaliyyətini 74 yaşında bitirib. Bu ilin mayından “Atletiko Paranaense”ni çalışdıran Skolarinin yetirmələri A seriyasının son turunda “Botofoqo”nu 3:0 hesabı ilə məğlub edərək 6-cı yeri tutub. Bu, komandaya Libertadores kubokuna vəsiqə qazandırıb.
Qeyd edək ki, Skolari növbəti mövsümdən klubun texniki direktoru kimi fəaliyyət göstərəcək.
- "Qarabağ"da bəzi futbolçulara istirahət verilib
- Rəşad Sadıqov: “Məğlubiyyəti unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq“
- "Mançester Siti" misirli hücumçu transfer edir
- Vaqif Cavadov: “Mənim səhvlərimi bilmək üçün gərək PRO kateqoriyasını oxuyasız”
- Ağasəlim Mircavadov: "Mən bu sözü 1994-cü ildən bəri deyirəm"
0
0