Sterlinq Bundesliqa yolunda
23.07.2025 - 14:56

"Çelsi"nin heyətində düşünmədiyi Rahim Sterlinq karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 30 yaşlı vinger uyğun təklif olacağı təqdirdə “Çelsi”ni tərk etməyə müsbət yanaşır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü ötən mövsümü icarə əsasında “Arsenal”da keçirib. O, “topçular”ın heyətində 28 rəsmi oyunda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0