Bu gün Türkiyə Super Liqasında 3-cü turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, turun ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Kasımpaşa" evdə "Adana Demirspor"dan 1 xal almağı bacarıb - 2:2.
"Antalyaspor" evdə "Hatayspor"u qəbul edib. Qonaqların azlıqda qaldığı matçda 5 qol vurulub - 3:2.
Günün maraqla gözlənilən matçı Rizedə baş tutub. "Çaykur Rizespor" İstanbul nəhəngi "Fənərbaxça"nı qəbul edib. Qonaqlar 3 xalı 5 qolla qazanıb - 0:5.
Fredin het-trik etdiyi matçda Edin Dzeko adını bir dəfə tabloya yazdırmağı bacarıb. 5-ci qolu isə Husniddin Alikulov öz qapısından keçirib.
Bu qələbədən sonra "Fənərbaxça" oyun çoxluğu ilə turnir cədvəlinin liderliyinə yüksəlib. İstanbul klubu "Eyüpspor"la eyni, 7 xala sahibdir. "Beşiktaş"ın istirahət etdiyi turda "Qalatasaray"ın matçı avrokuboklar səbəbilə təxirə salınıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Trabzonspor" - "Kayserispor" qarşılaşması ilə yekun vurulacaq.
- Zidan və Enrike Portuqaliya millisinə namizəd oldular
- 4 futbolçu “Araz-Naxçıvan”ın məşqlərini buraxdı
- Dmitri Nağıyev: "Oleq Bloxin Azərbaycan millisinə uyğun deyil" - MÜSAHİBƏ
- “Qalatasaray” Avropada turu keçsəydi, bu gün bu matç oynanılardımı?“ - Ali Koç - YENİLƏNİB
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - FOTOLENT