Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
01.11.2025 - 13:56
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Apasport.az xəbər verir ki, “Fatih Karagümrük” Marsel Liçka ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, Marsel Liçka mövsümün əvvəlində “Fatih Karagümrük”ün baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 10 turdan sonra 4 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
- "Abşeron Lions"dan yeni transfer
- Azərbaycan idmançılarını bu il gözləyən mötəbər turnirlər – SİYAHI
- Azərbaycan parabadmintonçuları dünya çempionatında mübarizə aparacaqlar
- Azərbaycanlı funksioner Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində fəaliyyət göstərəcək
- “Vulverhempton” Lapotegi ilə vidalaşdı
0
0