Super Liqa təmsilçisində yeni təyinat - RƏSMİ
17.06.2025 - 21:24
Super Liqa təmsilçisində yeni təyinat - RƏSMİ

Türkiyənin "Qaziantepspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisini İsmet Taşdemir çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İsmet Taşdemirin son iş yeri "Kocaelispor" olub. O, komanda ilə 1-ci Liqada çempion olduqdan sonra postunu tərk edib.