Tanınmış futbol şərhçisi Sabri Ugan vəfat edib
25.06.2025 - 15:31
Tanınmış türk şərhçi Sabri Ugan vəfat edib.
Apasport.az xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyinə qarşı mübarizə aparan Sabri Ugan bu gün dünyasını dəyişib.
62 yaşlı təcrübəli şərhçi İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
O, xüsusilə “TRT Spor” və digər telekanallardakı şərhləri ilə tamaşaçıların yaddaşında qalmışdı.
Qeyd edək ki, Sabri Ugan son dövrlərdə xəstəliklə əlaqədar ekranlardan uzaq düşmüşdü.
- Zaniolonun yeni klubu bəlli oldu
- Abdulla Xaybullayev: "Məğlubiyyət hamımız üçün gözlənilməz oldu" - Müsahibə
- 35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
- Azərbaycanlı hakimlər beynəlxalq yarışları idarə ediblər
- Qurban Qurbanov: "Bir komanda ilə 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
0
0