Tanınmış məşqçi karyerasını bitirib
22.12.2025 - 16:16
Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Lusyen Favr məşqçi karyerasını bitirib.
Apasport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
68 yaşlı mütəxəssisin son iş yeri Fransada “Nitsa” olub. O, 2023-cü ilin yayından işsizdir.
Favr karyerası ərzində “Sürix”, Dortmund “Borussiya”sı, Münhenqladbax “Borussiya”sı, “Nitsa”, “Herta” kimi klublarda işləyib.
0
0