Tedesko “Bolonya”da: ADDAİ İLƏ ÇALIŞA BİLƏR
29.05.2026 - 21:03
Tedesko “Bolonya”da: ADDAİ İLƏ ÇALIŞA BİLƏR

"Bolonya"nın baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, İtaliya klubuna Domeniko Tedesko rəhbərlik edəcək.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında razılıq əldə olunub. Mütəxəssis yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, mətbuatda "Qarabağ"dan ayrılan Emmanuel Addainin "Bolonya"ya keçəcəyi ilə bağlı xəbərlər yayılıb.