Ter Ştegen 400-ə çatdı
                    
                    09.03.2024 - 09:36
                        
                     
                    “Malyorka” ilə qarşılaşma "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, 400-cü dəfə “Barselona”nın heyətində meydana çıxıb.
Almaniyalı qapıçı Kataloniya klubunun heyətində bu göstəriciyə çatan 3-cü legioner kimi tarixə düşüb.
400-cü dəfə “Barselona”nın formasını geyinən almaniyalı yalnız Lionel Messi (778 oyun) və Dani Alveşdən (408 oyun) geri qalır.
Qeyd edək ki, Mark-Andre 2014-cü ildən Kataloniya təmsilçisinin heyətində çıxış edir.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                