Ter Ştegen "Barselona"dan ayrıla bilər
24.02.2024 - 15:25
"Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, alman qapıçı Səudiyyə Ərəbistanı çempionatının adı açıqlanmayan klubu ilə danışıqlara başlayıb.
Tərəflər razılaşarsa, müqavilə yay "transfer pəncərəsi"ndə tamamlana bilər.
Mark-Andre 2014-cü ildən "Barselona"da oynayır. Tərəflər arasında mövcud müqavilə 2028-ci ilin yayında başa çatır. Qapıçının transfer qiyməti 35 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm Ter Ştegen Kataloniya nəhəngi üçün 20 oyun keçirib və 28 qol buraxıb.
- Beynəlxalq turnirdə 7 boksçumuz finalda
- Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Liqasının oyununa təyinat alıblar
- Tarixdə bu gün: Braziliya 5-ci dəfə dünya çempionu oldu
- “Barsa” İspaniya millisinin üzvü ilə müqavilə yenilədi
- Boksçumuz Avropa birinciliyində erməni nokaut edib finala yüksəldi
0
0