TFF-dən dəyişiklik: Xal silmə cəriməsi 9 oldu
14.02.2025 - 20:57
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi oyunu yarımçıq dayandıran klubların cəzasını sərtləşdirib.
Apasport.az xəbər verir ki, xal silmə cəriməsi 3-dən 9-a yüksəldilib.
Çıxarılan qərara görə, meydanı tərk edən komandanın futbolçuları 5-10 oyunluq, klubun rəhbərliyi ilə isə 1 illik cəzalara məruz qalacaqlar. Bundan başqa 20-100 milyon Türkiyə lirəsi cərimələr tətbiq olunacaq.
Qeyd edək ki, Türkiyə Super Liqasının son turunda "Adana Dəmirspor" hakim qərarlarına etiraz olaraq, meydanı tərk edib.
- Cavid Qurbanov: “Ordumuzun şücaəti sayəsində biz Xankəndinin mərkəzində yarış keçiririk”
- Yığmamız Avropa çempionatının yarımfinalında uduzub
- Mundiallar tarixinin ən yaşlı MƏŞQÇİLƏRİ
- III MDB Oyunları: Stolüstü tennisdə və futbolda həlledici görüşlər
- PFL və Avropa Peşəkar Futbol Liqaları Birliyi arasında görüş
0
0