Tite özünə komanda tapdı
10.10.2023 - 11:26
Braziliya millisinin sabiq baş məşqçisi Titenin yeni komandası bəlli olub.
Apasport.az xəbər verir ki, 62 yaşlı braziliyalı mütəxəssis karyerasını vətənində davam etdirəcək.
O, “Flamenqo”nun baş məşqçisi təyin olunub. Tite yeni klubu ilə 2024-cü ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Tite 2016-cı ilin yayından 2022-ci ilin dekabrına qədər yığmaya rəhbərlik edib. O, DÇ-2022-dən sonra postundan ayrılıb.
- “Kəpəz”in kapitanı: “Bu gün "Qarabağ"a qalib gəlmək asan deyil” - MÜSAHİBƏ
- Coy-Lens Mikels: “Dostlarım dedi ki, Azərbaycana getsəm, karyeramı bitirə bilərəm”
- Kaxaber Tsxadadze: “Bizim üçün hər oyun final kimidir”
- Azərbaycan millisinin 2 oyun üçün heyəti açıqlandı - ADLAR
- AFFA onları da iyrəndirdi: AZARKEŞLƏRDƏN MİLLİYƏ BOYKOT
0
0