Torres het-trik etdi, "Barselona" qələbə qazandı
22.01.2024 - 12:07
La Liqada "Barselona" səfərdə "Real Betis"lə qarşılaşıb.
Apasport.az verir ki, "Barselona" ilk yarını 21-ci dəqiqədə Ferran Torresin vurduğu qolla öndə bitirib.
23 yaşlı futbolçu 48-ci dəqiqədə yenidən fərqlənib. 56 və 59-cu dəqiqələrdə "Real Betis"in heyətində qol vuran İsko hesabı bərabərləşdirib.
Matçın son hissəsinə 2:2 hesablı heç-heçə ilə girən "Barselona" 90-cı dəqiqədə Torresin Joao Feliksə ötürməsi qolla nəticələnib.
Ferran Torres hesabı 90+2-də müəyyənləşdirərək het-trik edib. "Barselona" bu qələbə ilə xallarını 44-ə yüksəldib, "Real Betis" isə 31 xalda qalıb.
- Konfrans Liqası: "Trabzonspor" və "Başakşehir" səfərdə heç-heçə edib
- Silva Kruz: "Bəlkə mən də "Neftçi"nin məşqçisi olacam və..." - Müsahibə
- Azərbaycan Kubokunda məhsuldarlıq rekordu
- Juninyo: “Braqa” ilə matçlar nə biz, nə də rəqib üçün asan keçəcək"
- Kamerun millisi baş məşqçisi ilə yollarını ayırdı
0
0