“Tottenhem”dən Kuluşevski üçün iki variant
29.09.2022 - 00:29

Deyan Kuluşevski “Tottenhem”ə transfer olunacaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Yuventus”dan icarəyə götürdüyü futbolçunu alacaq.
Bu, 2022/23 mövsümünün sonunda gerçəkləşəcək. Əgər “Tottenhem” Çempionlar Liqasına yüksəlsə, Deyan isə mövsüm ərzində ən azı 20 görüşdə minimum 45 dəqiqə forma geyinsə, onun üçün 35 milyon avro ödəniləcək. Bu şərtlərdən biri yerinə yetməsə, 22 yaşlı isveçlinin alınması bəndi aktivləşdiriləcək.
Qeyd edək ki, Kuluşevski bu ilin yanvarında ilyarımlıq icarəyə götürülüb.
- "Qarabağ"ın ÇL matçının bilet qiymətləri - Minimum 40 manat
- "Real Madrid"dən fantastik geridönüş, "Yuve" və "Borussiya"dan qələbə - YENİLƏNİB
- "Mingəçevir"də nə baş verib? - Füzuli Məmmədov "apasport"a açıqladı
- Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo layihəsinə start verib
- Rəşad Sadıqov: “Çətinlik yaşayacağımızı ehtimal edirdim” - VİDEO
0
0