Tottinin “Roma” arzusu
03.11.2023 - 16:18
"Roma"nın əfsanəsi Françesko Totti sabiq komandasına qayıtmaq istəyir.
Apasport.az xəbər verir ki, bunu futbol veteranının özü açıqlayıb.
O, “canavarlar”ın baş məşqçisi Joze Mourinyo ilə bağlı danışıb: "Roma"ya qayıtmaq istərdim. Mourinyo ilə işləmək əla olardı – o bir nömrədir, ona çox hörmət edirəm. “Roma”da bilirlər ki, lazım gələrsə, kömək əlini uzatmağa şad olaram. Hər şey üçün darıxıram. Mən onilliklər boyu həyatımı təyin edən klub üçün darıxıram".
Qeyd edək ki, Totti 1992-2017-ci illərdə "Roma"da çıxış edib.
- Azərbaycanın 40 taekvondoçusu Türkiyə açıq çempionatında
- Millimizin baş məşqçisi: “Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq”
- Azərbaycan millisində yeni baş məşqçi
- Cüdo üzrəAzərbaycan birinciliyi başa çatıb – komanda yarışlarının qalibləri müəyyənləşib
- “Sumqayıt”da yeni müqavilə - RƏSMİ
0
0