"Trabzonspor"dan Belçika klubuna
18.01.2026 - 10:45
"Trabzonspor"un ukraynalı hücumçusu Danilo Sikan Belçikanın "Anderlext" klubuna keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabunçuoğlu məlumat yayıb.
Klublar 24 yaşlı ukraynalı futbolçu üçün 4 milyon avroya transfer barədə razılığa gəliblər. Digər detallar hələlik məlum deyil.
Qeyd edək ki, Sikan bu mövsüm "Trabzonspor"da 16 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" ukraynalı futbolçunu 5 milyon avro dəyərində qiymətləndirir.
- 30 yaşlı futbolçu karyerasını sonlandıracaq - MÖVSÜMÜN SONUNDA
- U-18 millimiz Avropa çempionatına qələbə ilə start verib
- Əşrəf Hakimi: “FIFA Mərakeşin medal qazanmasını istəmir”
- DÇ-2026: Almaniya və Niderlanddan darmadağın, Çexiya pley-offda - YENİLƏNİB
- La Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib
0
0