Tribunadan yıxılan azarkeş ağır yaralanıb: Reanimasiyaya aparılıb
09.02.2025 - 13:54
Türkiyə Birinci Liqasının 23-cü turunda keçirilən "Kocaelispor" - "Amed" (1:0) matçında tribunadan yıxılan azarkeş ağır xəsarət alıb.
Apasport.az xəbər verir ki, "Kocaelispor" azarkeşi olan 16 yaşlı Efe Kartal Öztay müvazinətini itirərək yuxarı tribunadan qapının arxasına yıxılıb.
Başından aldığı zərbə ilə ağır yaralanan Öztay Təcili Tibbi Yardım qrupları tərəfindən Kocaeli şəhər xəstəxanasına aparılıb.
Gənc azarkeşin reanimasiyada müalicə olunduğu bildirilib.
- III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı
- ÇL: “Bodo Qlimt” “İnter”i mübarizədən kənarlaşdırdı - YENİLƏNİB
- "Çelsi"nin kapitanı klubda qalmaq istəyir
- Messi "Qalatasaray"la Bakıda danışıq aparıb - Adnan Əhmədzadə detalı
- "Turan Tovuz"un prezidenti Aziz Yıldırımla görüşüb - FOTO
0
0