Tripyen Türkiyəyə gəlir?
10.09.2024 - 16:23

Super Liqa təmsilçilərindən “Beşiktaş” “Nyukasl”dan müdafiəçi Kiran Tripyeni heyətinə qatmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İngilis futbolçuya "Beşiktaş"la yanaşı, "Fənərbaxça", "Qalatasaray", "Eyüpspor" və "Başakşehir"in maraq göstərdiyi bildirilib.
Britaniya mətbuatının iddialarına görə, türk komandaları Tripyenin transferindən imtina ediblər.
33 yaşlı futbolçunun “Nyukasl”la müqaviləsi 2026-cı ilin yayına kimidir. Onun “transfermarkt”da dəyəri 10 milyon avrodur.
- Millinin müdafiəçisinin evi qarət olundu
- Krakov-2023: Karateçimiz qızıl medal qazandı - YENİLƏNİB - FOTOLENT
- “Azərreyl” avrokubok matçlarını Almaniyada keçirəcək
- İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə
- “Liverpul”un sabiq futbolçusunun yeni komandası müəyyənləşib
0
0