Türk futbolçu karyerasını “Benfika”da davam etdirə bilər
25.12.2024 - 17:35
Portuqaliya Liqası təmsilçilərindən “Benfika” qışda heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Türkiyənin “Fənərbaxça” komandasında çıxış edən İsmail Yüksek ilə maraqlanır.
Portuqallar oyunçu üçün “sarı-lacivərdlilər”ə 10 milyon avro təklif edəcək.
Bu transfer reallaşarsa, İsmail “Benfika”da forma geyinən 3-cü türk olacaq. Hazırda Kerem Aktürkoğlu və Orkun Kökçü Portuqaliya klubunda çıxış edir.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2020-ci ildə “Fənərbaxça”ya transfer olunmuşdu.
- “Liverpul” futbolçusu ilə müqavilə yeniləyib
- ABL: XIV turun növbəti oyunları keçiriləcək
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
- Müdafiə Nazirliyi: Qarabağda antiterror əməliyyatlarına başlanıldı
- Krakov-2023: Era və Keyşadan qələbə, cütlüklər qrupda qaldı - FOTOLENT
0
0